BŞİH "Zeytunluq"da qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarlarını söküb - FOTO - YENİLƏNİB
Sosial 07 Sen 2018 12:45:00 295 0
Ərazidə yaşıllıqların məhv edilməsi faktları aşkarlanıb
"Report"un xəbərinə görə, bununla əlaqədar BŞİH və Binəqədi Rayon İcra Hakimiyyətibirgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanılıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
BŞİH bildirir ki,paytaxtın rayonlarında aparılan abadlıq-quruculuq işləri, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki,"Zeytunluq" bağı 1953-cü ildə salınıb.