Çexiya ilə oyundan sonra ukraynalı azarkeşlər həbs olundu


İdman 07 Sen 2018 12:41:00 248 0

Çexiya ilə oyundan sonra ukraynalı azarkeşlər həbs olundu

UEFA Millətlər Liqasının I turun Çexiya ilə səfər oyunundan sonra Ukrayna yığmasının 8 azarkeşi həbs edilib.

Goal.az “Sportarena”ya istinadən xəbər verir ki, səbəb fanatların matçın yekununda meydana girməyə cəhd etmələri olub. Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko tərəfdarları polisin əlindən almağa çalışsa da, buna nail ola bilməyib.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenkonun həbs edilən azarkeşlərin sərbəst buraxılması üçün polis bölməsinə getdiyi bildirilir.

Qeyd edək ki, Ukrayna millisi mindən çox azarkeşinin tribunadan izlədiyi oyunda 2:1 hesabı ilə qalib gəlib.