RusiyaİranTürkiyə əlaqələrinin inkişafı Azərbaycana nə qədər sərfəlidir?


Siyasət 07 Sen 2018 12:33:22 239 0

RusiyaİranTürkiyə əlaqələrinin inkişafı Azərbaycana nə qədər sərfəlidir?

Bu gün Tehranda keçiriləcək İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üçtərəfli qaydada görüşündə Suriya məsələsi ilə yanaşı, əsas müzakirə mövzusu daha çox iqtisadi münasibətlərin inkişafı olacaq. Bunun da Azərbaycana yalnız müsbət təsiri ola bilər.

Bunu Son.az-a açıqlamasında sabiq xarici işlər naziri, səfir Tofiq Zülfüqarov bildirib.

Diplomatın fikrincə, Rusiya-İran-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsi Azərbaycan üçün də sərfəlidir. Bu sırada xüsusən, Rusiya-İran əlaqələri bizim üçün daha maraqlı ola bilər:  Ermənistanın Rusiyadan uzaqlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək - Sabiq nazir  "Rusiya ilə İran arasında əlaqələr müxtəlif istiqamətləri əhatə edir. Bura, həmçinin Suriyadakı proseslərlə bağlı əməkdaşlıq da aiddir. İrana qarşı, xüsusən ABŞ-ın sanksiyalar tətbiq etməsi, eləcə də digər şəkildə olan təzyiqlər ona gətirib çıxaracaq ki, Rusiya ilə İran arasında müdafiə sahəsində əməkdaşlıq o qədər də inkişaf etməyəcək. Çünki Rusiya əlavə sanskiyalara məruz qala bilər. İqtisadi, tranzit əlaqələrə gəlincə, hesab edirəm ki, əlaqələrin bu istiqamətdə güclənməsinə heç nə əngəl ola bilməyəcək. Bu məsələlərdə Azərbaycanın da rolu çox vacibdir. Çünki Azərbaycan dünyada yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu baxımdan Azərbaycanın bu iki ölkə arasında tranzit imkanları genişdir. Bu, bizim üçün çox sərfəlidir. Bunu həyata keçirilən layihələr və əldə edilən razılaşmalar da sübut edir. Şimal-Cənub nəqliyyat dəhlizi artıq istifadəyə verilmək üzrədir. Xəzərin statusuna dair əldə edilən irəliləyiş də bu əməkdaşlıq üçün daha da böyük imkanlar yaradır".

Qeyd edək ki, Kreml rəsmiləri bəyan ediblər ki, Rusiya prezidenti Suriya böhranının nizamlanması məsələsi ilə əlaqədar üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana səfər edəcək.

İlkin İzzət Son.az