Azərbaycan musiqisi Kaliforniya Senatında FOTO


Digərləri 07 Sen 2018 12:24:00 284 0

Azərbaycan musiqisi Kaliforniya Senatında  FOTO

ABŞ-ın Kaliforniya Ştat Senatının dəvətilə 4 sentyabr 2018-ci il tarixində Azərbaycan musiqiçilərinin iştirakı ilə Senatda geniş konsert proqramı keçirilib. Konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento Gənclər Simfonik orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi, Kaliforniya Ştat Senatoru Riçard Panın və Kaliforniya paytaxtı Sakramentodakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya stat qanunverici orqanının təmsilçiləri, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsulluqdan Son.az-a verilən məlumata görə, konsertdən öncə çıxış edən Kaliforniya Ştat Senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniya Senatında keçirilməsindən çox məmnun olduğunu bildirib.


Xəbərə aid fotolar