"Azərbaycan postsovet məkanında iqtisadiyyat sahəsində Rusiyanın tərəfdaşları arasında lider mövqeyinə çıxacaq"


Siyasət 07 Sen 2018 12:15:37 261 0

"Azərbaycan postsovet məkanında iqtisadiyyat sahəsində Rusiyanın tərəfdaşları arasında lider mövqeyinə çıxacaq"

Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü kifayət qədər maraqlı, tarixi müddətdə baş tutdu, üç həftə əvvəl Xəzər dənizinin hüquqi statusu barədə vacib Konvensiya imzalanıb, amma ikitərəfli əməkdaşlıq daha geniş olduğu üçün yeni sazişlərin və əməkdaşlıq proqramlarının müzakirəsi üçün əlavə görüş tələb olundu.

Son.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqaətrafı Tədqiqatları Mərkəzinin aparıcı analitiki Stanislav Pritçin deyib.

Onun sözlərinə görə, görüşün ən maraqlı hissəsi planlaşdırmaya həsr olunub və iki sənəd qəbul olunub ki, onlardan biri ikitərəfli əməkdaşlığın yol xəritələrinin inkişafının davamını nəzərdə tutur:

"İkinci sənəd daha fəal əlaqələrin inkişafı üçün hər iki ölkənin iqtisadiyyat nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutur. Fikrimcə, mühüm razılaşmalar sırasına "QAZ" avtomobillərinin yığılmasının təşkili və Xəzər dənizinin Azərbaycan sektorunda yataqlardan birinin birgə işlənməsi barədə sazişləri daxil etmək olar".

O əlavə edib ki, Azərbaycan postsovet məkanında iqtisadiyyat sahəsində Rusiyanın tərəfdaşları arasında lider mövqeyinə çıxacaq:

"Bu, kifayət qədər maraqlıdır, çünki Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil və əməkdaşlıq tamamilə ikitərəfli əsasda qurulub".