Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq teatr festivalında təmsil edəcək


Digərləri 07 Sen 2018 11:36:53 168 0

Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq teatr festivalında təmsil edəcək

“İuda” mono tamaşası sentyabrın 16-da teatrsevərlərə göstəriləcək

Akademik Milli Dram Teatrı, Mədəniyyət Nazirliyi və Azərbaycan TeatrXadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstandakeçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 12-16 sentyabrtarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin IIBeynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda”tamaşası ilə iştirak edəcək.

Beynəlxalq festivala Azərbaycanla yanaşı İran, Türkmənistan,Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. FestivalQazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illikyubileyinə həsr olunub.

Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası sentyabrın 16-dateatrsevərlərə nümayiş etdiriləcək.

Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist AyşadMəmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərindəAyşad Məmmədov özü çıxış edir.

Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrərəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Qeyd edək ki, “İuda” tamaşası insan xəyanətkarlığı mövzusuna həsrolunub. İuda ustadı İsa Məsihi satdığına görə vicdan əzabından qurtulabilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırmacəhdini, onu belə addım atmağa sövq edən insani motivləri açıbgöstərir.