Hindistanda avtobus qəzası - 5 ölü, 21 yaralı


Digərləri 07 Sen 2018 10:49:37 241 0

Hindistanda avtobus qəzası - 5 ölü, 21 yaralı

Hindistanın Uttarakxand vilayətində avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bakı. Ceyhun Ələkbərov - Hindistanın Uttarakxand vilayətində avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə baş verən an avtobusun içərisində 30-dan çox insanın olduğu bildirilir.