Musiqili Teatr beynəlxalq festivalda üç tamaşa ilə çıxış edəcək


Digərləri 07 Sen 2018 10:34:00 309 0

Musiqili Teatr beynəlxalq festivalda üç tamaşa ilə çıxış edəcək

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrı üç səhnə əsəri ilə çıxış edəcək.

Bakı. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrı üç səhnə əsəri ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənət ocağı bu dəfə mötəbər tədbirə “O olmasın, bu olsun”, “Arşın mal alan” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşaları ilə qatılacaq.