ABŞ-da naməlum şəxs atəş açaraq girov götürməyə çalışıb


Dünya 07 Sen 2018 10:26:26 271 0

ABŞ-da naməlum şəxs atəş açaraq girov götürməyə çalışıb

Polis həmin şəxsin xeyli sursat ehtiyatına malik olduğunu düşünür

ABŞ-ın Vaşinqton ştatının polisi Parklend şəhərinin kommersiya obyektlərindən birində insanları girov götürmək istəyən silahlı şəxsin qarşısını alıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ehtimal olunur ki, naməlum şəxs əvvəlcə soyğunçuluq etməyi planlaşdırıb, amma bu cəhdi uğursuz olduqdan və hadisə yerinə mühafizəçilər gəldikdən sonra o, bir neçə girov götürüb. Daha sonra girov götürülmüş insanların hamısı heç biri xəsarət almadan sərbəst buraxılıb.

Silahlı şəxs hazırda ticarət obyektində gizlənib və hüquq-mühafizə orqanları əməkdaşlarının təslim olmaq çağırışlarına reaksiya olaraq ara-sıra atəş açır. Polis kişinin xeyli sursat ehtiyatına və bir neçə odlu silaha malik olduğunu düşünür.

Təhlükəsizlik xidmətləri yaxınlıqdakı küçələri mühasirəyə alıb və ətrafda yaşayan və ya işləyən bütün insanları təxliyə edib. Polis atıcı ilə danışıqlar aparmağa və onu təslim olmağa razı salmağa çalışır.