Nazir: Neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar olub


Digərləri 07 Sen 2018 10:24:09 237 0

Nazir: Neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar olub

Azərbaycanın neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar təşkil edir.

Bakı. İlkin Şəfiyev - Azərbaycanın neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar təşkil edir. Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.