UEFA Millətlər Liqasında ilk oyunlar keçirilib


İdman 06 Sen 2018 23:32:00 270 0

UEFA Millətlər Liqasında ilk oyunlar keçirilib

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasına start verilib.

Goal.az xəbər verir ki, I turun ilk oyun günündə Avropanın müxtəlif ölkələrində 9 görüş baş tutub.

A Liqasında favoritlərdən sayılan Almaniya və Fransa yığmaları arasındakı qarşılaşmada hesab açılmayıb. Eyni nəticə Latviya - Andorra görüşündə də qeydə alınıb.

Azərbaycan millisinin yer aldığı D Liqasında Qazaxıstan Gürcüstana, Cəbəllütariq Makedoniyaya evdə uduzub, Ermənistan isə Lixtenşteyni yenə bilib.

A Liqası

1-ci qrup

6 sentyabr

22:45. Almaniya – Fransa - 0:0

B Liqası

1-ci qrup

6 sentyabr

22:45. Çexiya – Ukrayna - 1:2

Qollar: Patrik Şik, 4 - Yevgeni Konoplyanka, 45+1; Aleksandr Zinçenko, 90+3

4-cü qrup

6 sentyabr

22:45. Uels – İrlandiya - 4:1

Qollar: Tom Laurens, 6. Qaret Beyl, 18. Aron Remzi, 37. Konor Roberts, 55 - Şon Uilyams, 66

C Liqası

3-cü qrup

6 sentyabr

22:45. Sloveniya - Bolqarıstan - 1:2

Qollar: Mixa Zayts, 40 - Bojidar Krayev, 3; 59

22:45. Norveç – Kipr - 2:0

Qollar: Stefan Yohansen, 21; 42

D Liqası

1-ci qrup

6 sentyabr

18:00. Qazaxıstan – Gürcüstan - 0:2

Qollar: Georgi Çakvetadze, 69. Sergey Malıy, 74 (öz qapısına)

22:45. Latviya – Andorra - 0:0

4-cü qrup

6 sentyabr

22:45. Ermənistan - Lixtenşteyn - 2:1

Qol: Markos Pitselli, 31. Tiqran Barseqyan, 76 - Sandro Volfinger, 33

22:45. Cəbəllütariq - Makedoniya - 0:2

Qollar: İvan Triçkovski, 19. Ezcan Alioski, 35