Nəsimi Festivalı sayəsində Bakı poeziya və incəsənət vasitəsi ilə mənəviyyat axtarışının mərkəzi olacaq FOTO


Digərləri 07 Sen 2018 09:51:33 332 0

Nəsimi Festivalı sayəsində Bakı poeziya və incəsənət vasitəsi ilə mənəviyyat axtarışının mərkəzi olacaq  FOTO

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Layihə beynəlxalq miqyasda, müasir cəmiyyətdə mənəviyyat haqqında yazan dünya şöhrətli ifaçıların, filosofların, alimlərin, həmçinin bu sahədə peşəkar və həvəskarların, o cümlədən - geniş tamaşaçı kütləsinin iştirakı ilə reallaşdırılır.

Nəsimi Festivalının sayəsində Bakı poeziya və incəsənət vasitəsi ilə mənəviyyat axtarışının mərkəzi olacaq. Həmçinin qeyd olunmalıdır ki, festival yalnız Nəsiminin poeziyasının əbədiləşdirilməsi və tərənnümünə yonəlməyib, eləcə də onun yaradıcılığı, müxtəlif sənət növləri və onların harmoniyası vasitəsilə müasir dünyada mənəviyyatın ən aktual məsələlərinə çıxmaq məqsədi daşıyır. Festival Nəsiminin bizim günlərdə təcəssüm olunmuş fəlsəfi ideyalarını göstərmək istəyir. Çünki Nəsiminin şeirləri insan ağlı və gözəlliyini tərənnüm edir, insanın yüksək imkanlarının hədsizliyini qeyd edərək şəxsiyyətin hər cür şərtiliklər və ehkamlardan azad olunmasına xidmət edir. Buna görə də festival böyük marağa səbəb olacaq, çünki o tamamilə fərqli maraqları olan insanlara yönəlib.

Son.az xəbər verir ki, layihə koordinatoru Cahangir Səlimxanov Trend-ə müsahibəsində bildirib ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.


Xəbərə aid fotolar