“Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda maarifləndirici tədbir keçirilib (FOTO)


Digərləri 07 Sen 2018 09:48:00 227 0

“Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda maarifləndirici tədbir keçirilib (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Heydər Əliyev Mərkəzində “Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Heydər Əliyev Mərkəzində “Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının birinci müavini, Dini məsələlər üzrə komissiyanın sədri Elçin Rzayev ölkədə dini maarifləndirmə istiqamətində aparılan işin əhəmiyyətindən söz açıb, Bilik Fondu ilə birgə müxtəlif mövzularda maarifləndirici tədbirlərin ənənəvi hal aldığını qeyd edib. Mühazirəçi qismində “Ənənəvi İslami dəyərlər və müasirlik” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri əvəzi Cahandar Əlifzadə İslam dininin qardaşlıq, sülh, bərabərlik dini olduğunu vurğulayıb, bu baxımdan İslam fəlsəfəsinin geniş kütlələrə çatdırılması istiqamətində alimlər qarşısında hələ çox mühüm vəzifələr durduğunu qeyd edib, yeni açılmış Azərbaycan İlahiyyat İnstitutunun mövcud elmi mübahisələrin həlli yolunda xüsusi rol oynayacağını dilə gətirib.