Kontinental Avropanın ən qədim metro xətti yenidən qurulacaq


Digərləri 07 Sen 2018 08:37:00 237 0

Kontinental Avropanın ən qədim metro xətti yenidən qurulacaq

Budapeşt Nəqliyyat Mərkəzi dövlətə məxsus "FŐMTERV Zrt" tikinti şirkəti ilə çərçivə sazişi imzalayıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, çərçivə sazişi Budapeştdə 5 kilometrlik M1 yeraltı dəmir yolunun yenidən qurulmasının planlaşdırılmasını nəzərdə tutur. M1 Budapeşt metropoliteninin dörd xəttindən ən qədimidir. 1896-cı ildə onun açılması ilə Budapeşt kontinental Avropada metropolitenə malik ilk şəhər olub. 1973-cü ildə M1 xətti çox az ölçüdə uzadılıb.

"Világgazdaság" işgüzar qəzetinin məlumatına görə, tarixi metropolitenin yenidən qurulmasının planlaşdırılması üçün dövlət satınalmaları haqqında müqavilənin dəyəri 2,5 milyard forint təşkil edir. "FŐMTERV" şirkəti, həmçinin təmir üçün zəruri olan bütün icazələri almalıdır.

М1 xəttinin yenidən qurulması üç mərhələdə keçiriləcək. Əvvəlcə mövcud xəttin yenidən qurulması və qərbə tərəf "Vigadó tér"-dək (Dunay yaxınlığında) genişləndirilməsi; sonra 800 metr şərqə tərəf "Kassai tér"-dək genişləndirilməsi; daha sonra şərq terminalının "Marcheggi híd" körpüsünədək genişləndirilməsi nəzərdə tutulur.