"Ford" 2 milyona yaxın avtomobili geri çağırıb


Digərləri 07 Sen 2018 08:28:00 249 0

"Ford" 2 milyona yaxın avtomobili geri çağırıb

ABŞ-ın avtomobil şirkəti "Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırıb.

Son.az bildirir ki, Trend-in şirkətin rəsmi saytına istinadən verdiy məlumata əsasən, geri çağırılan avtomobil 2015-2018 il istehsalı olan "F-150" pikaplarıdır.

Qeyd olunur ki, geri çağırılmanın səbəbi avtomobillərin təhlekəsizlik kəmərləri ilə əlaqəlidir. Hal-hazırda bu problemlə əlaqədar ABŞ-da 17 hadisə məlumdur, Kanadada isə - 6.