"Pulu yox idi, əvəzində narkotik verdi" Taksi sürücüsünün etirafları


Kriminal 07 Sen 2018 08:12:00 259 0

"Pulu yox idi, əvəzində narkotik verdi"  Taksi sürücüsünün etirafları

Bakıda narkotik vasitə istifadəsində və satışında ittiham edilən gənclərin məhkəməsi keçirilib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən 1990-cı il təvəllüdlü Azəri Mirsaleh Etibar oğlu və 1992-ci il təvəllüdlü Həmzəliyev Tehran Həmzəli oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror hər iki şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin hər iki şəxsin narkomaniyadan məcburi müalicəyə göndərilməsini istəyib.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər barəsində yüngül cəza təyin edilməsini istəyiblər. Təqsirləndirilən şəxslər də vəkilləri ilə razı olduqlarını deyiblər.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən Mirsaleh Azəri və Tehran Həmzəliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barəsində narkomaniyadan məcburi müalicə qərarı çıxarılıb.

İttihamda yazılır ki, polis əməkdaşları əməliyyat məlumatı əsasında Mirsaleh Azərinin maşınına baxış keçiriblər. Maşının oturacağının altında bükümdə narkotik vasitə aşkar edilərək götürülüb.