Kürdəmir sakinindən küllü miqdarda narkotik maddə aşkar edilərək götürülüb


Kriminal 07 Sen 2018 07:38:00 304 0

Kürdəmir sakinindən küllü miqdarda narkotik maddə aşkar edilərək götürülüb

Kürdəmir rayonunda yerli sakindən küllü miqdarda narkotik maddə götürülüb.

Son.az "report"-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Karrar kənd sakini Xankişiyev Raqib Qabil oğlu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılıb.

Əməliyyat zamanı onun yaşadığı kəndin ərazisindəki boş torpaq sahəsində kolluq ərazidə qanunsuz olaraq kultivasiya etdiyi və hər birinin hündülüyü 1,5 metr olan 36 ədəd yaş halda çətənə bitkisi, eləcə də, 64 ədəd çətənə bitkisinin qurumuş gövdəsi, həmçinin ordakı bitkilərdən əldə olunmuş və ümumi çəkisi 2,2 kq olan qurudulmuş mariuxana aşkar edilərək götürülüb.