Hava nəqliyyatı ilə İspaniyaya yeddi ayda 39 milyon nəfər səfər edib


Dünya 07 Sen 2018 00:45:00 283 0

Hava nəqliyyatı ilə İspaniyaya yeddi ayda 39 milyon nəfər səfər edib

Bu ilin ilk yeddi ayında hava nəqliyyatı ilə İspaniyaya 39 milyon nəfər səfər edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvar-iyul aylarında İspaniyaya 47 milyon nəfər səfər edib. Onlardan 39 milyonu hava nəqliyyatı, 7,2 milyonu avtomobil, 1 milyonu isə dəniz və dəmir yolu nəqliyyatını seçib. Yeddi ayda bu ölkəyə ən çox turist İngiltərədən gəlib və onların sayı 10,6 milyon nəfərdir.