Gəncədə qayınata və qayınana kürəkəni döyüb


Sosial 07 Sen 2018 00:56:57 332 0

Gəncədə qayınata və qayınana kürəkəni döyüb

Davada kişinin qaynı da iştirak edib

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərmanov Səbuhi Sənani oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

S.Fərmanovun dediyinə görə, o, həyat yoldaşının valideynələri və qaynı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.