Qlobal kibercinayətkarlığın müəllifi məlum oldu


Dünya 06 Sen 2018 23:37:00 267 0

Qlobal kibercinayətkarlığın müəllifi məlum oldu

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyadan olan proqramçı Pak Jin Kyok barəsində sanksiyalar qəbul edib.

Son.az oxu.az-a istinadən bildirir ki, habelə Pak Jin Kyokun çalışdığı "Chosun Expo Joint Venture" şirkətinə qarşı sanksiyalar qəbul olunub.

ABŞ hökumətinin məlumatına görə, məhz Pak Jin Kyok 2017-ci ildə WannaCry kompüter virusunun dünyada yayılmasına və 2014-cü ildə "Sony" şirkətinə qarşı kiber hücuma görə məsuliyyət daşıyır.