Allaha xatir sevmək və dostluq etmək


Digərləri 06 Sen 2018 23:40:00 559 0

Allaha xatir sevmək və dostluq etmək

Allah Təala buyurur: "Mənim məhəbbətim o kəslərə vacib olur ki, Mənə xatir bir-birini sevərlər". Yəni, bir-birinizi Allaha xatir sevməyə çalışın, Allaha xatir bir-birinizlə dostluq edin.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın bizim üçün bir qaydası vardır ki, buyurur: "Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub, din) işlərini öz aralarında parçalayaraq, firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir". ("Muminun" 53).

Yəni, futbolçular özlərinə görə, valeybolçular özlərinə görə, tacirlər özlərinə görə, sənət insanları özlərinə görə və əlllərində olanlara görə sevinərlər.