Azərbaycan nefti ucuzlaşıb


Digərləri 06 Sen 2018 23:09:00 213 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 79,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,57 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 78,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 5-də 75,74 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.