Səhv səcdəsi nəyə görə və necə edilir?


Digərləri 06 Sen 2018 23:10:00 285 0

Səhv səcdəsi nəyə görə və necə edilir?

Səhv səcdəsi namazdan sonra, namazı pozan hər hansı əmələ yol vermədən (məsələn, qiblədən dönmədən, artıq söz danışmadan) yerinə yetirilməli olan bir əməldir.

Son.az islam.az-a istinadən bildirir ki, səhv səcdəsini namazda baş vermiş bəzi səhvlərə görə yerinə yetirirlər. Aşağıdakı hallarda səhv səcdəsi edilir: insan namazın təşəhhüdünü söyləməyi unutsa və növbəti əməl keçsə; dörd rükətlik namazın ikinci səcdəsindən sonra 4 ilə 5, yaxud 4 ilə 6 rükət arasında şəkk etsə; namaz zamanı qeyri-ixtiyari olaraq artıq (namaza aid olmayan) söz danışsa; lazım olmayan yerdə namazın salamını söyləsə; ümumiyyətlə, namaz əməllərində artıq-əskiyə yol versə (rükn olan əməlləri çıxmaqla).