İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?


Digərləri 06 Sen 2018 22:55:00 311 0

İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?

Hər bir insan bu dünyaya müxtəlif istedad və qabiliyyətlərlə göz açmışdır. Yəni, hamının istedad və qabiliyyətləri eyni deyildir. İnsanın ömrü və təcrübəsi artdıqca, bu gizli istedadlar da üzə çıxar və özünü büruzə verər.

Bəs nə edə bilərik ki, bu istedadlar daha tez üzə çıxsınlar və bizi kamala çatdırsınlar?

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran bunun üçün bizə üç yolu tövsiyə etmişdir.

1. Özünü və yaşadığı aləmi tanımaq və təfəkkür etmək. İnsanı başqa varlıqlardan fərqləndirən tək sifəti - dərk qüvvəsidir. Yəni, insan təfəkkür edə bilir, ətrafında olanları dərk etmək qabiliyyətinə malikdir. Quran 48 dəfə ağıl, 18 dəfə fikir, 16 dəfə dil, 4 dəfə təfəkkür sözlərindən istifadə etmiş və onlara xüsusi işarələr etmişdir.

Allah Təala istəyir ki, xəlq etdiyi insan özünü tanısın, ətrafında olan dünyasını tanısın və bu haqda təfəkkür etsin. Əgər belə olarsa, o zaman Allahını da tanıya biləcəkdir. Çünki hər kim özünü tanıyar, istər-istəməz Allahını da tanıyacaqdır."Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz". ("Nəhl" 78).

2. İnkişafa səbəb olan elm. Əgər insan fikir və düşüncələrindən istifadə edərsə, elm öyrənmək meyli yaranar. Elm qapıları üzünə açılar. Ancaq Quranın da buyurduğu kimi, hər elm insanı inkişaf etdirməz. Elm elə olmalıdır ki, insanı irəli aparsın və tərəqqi etməsinə səbəb ola bilsin.