Bir dəfə dəstəmaz almaqla neçə dəfə namaz qılmaq olar?


Digərləri 06 Sen 2018 22:10:00 390 0

Bir dəfə dəstəmaz almaqla neçə dəfə namaz qılmaq olar?

Dəstəmaz namaz qılmaq üçün tələb olunan əsas şərtlərdən biridir. İnsan nə qədər ki, dəstəmazlı sayılır, yəni aldığı dəstəmaz pozulmayıb, istədiyi qədər namaz qıla bilər. Dəstəmazın pozulduğu hallar şəriət kitablarında izah edilib. Bəzilərinin düşündüyünün əksinə olaraq, çörək yemək, bir kəslə görüşərkən qucaqlaşıb öpüşmək, asqırmaq, gəyirmək, ağlamaq, uzaq səfərə çıxmaq, toz-torpağa bulaşmaq və s. hallar dəstəmazı pozmaz.

Son.az islam.az-a istinadən bildirir ki, amma dəstəmazın qüvvədə qalması üçün bir şərt daha lazımdır. Bu da ondan ibarətdir ki, gərək dəstəmaz alan şəxs təharətli (pak) olmaq üçün dəstəmaz aldığını niyyət etsin, konkret olaraq bir namazı qılmaq üçün dəstəmaz aldığını niyyət etməsin. Yəni əgər insan dəstəmaz alarkən, məsələn, "zöhr və əsr namazlarını qılmaq üçün dəstəmaz alıram" niyyətini etsə, yalnız bu iki namazı həmin dəstəmazla qıla bilər, növbəti namazlar üçün yenidən dəstəmaz almalıdır. Amma əgər ümumi mənada təharətli olmaq niyyəti ilə dəstəmaz alsa, pozulana kimi o dəstəmazla hər cür namazı qıla bilər.