Normal arterial təzyiqin göstəriciləri dəyişilib


Digərləri 06 Sen 2018 22:05:00 243 0

Normal arterial təzyiqin göstəriciləri dəyişilib

Hipetoniyanın müalicəsi üzrə Avropa birliyi və Avropa kardioloqlar cəmiyyəti normal təzyiqin yeni göstəricilərini təqdim edib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, artıq normanın ən yüksək göstəriciləri 130/80 mm.c.st-a sayılacaq. Yəni təzyiq bu rəqəmlərə çatdıqdan sonra onu artıq aşağı salmaq lazımdır. Bundan əvvəl belə hesab olunurdu ki, təzyiq 140/90 c.st.-a çatdıqda onu aşağı salmağa ehtiyac yaranır.

Bu göstəricilər 65 yaşdan cavan insanlara aiddir. 65 yaşdan sonra normal göstəricilər 139 mm.c.st.-dan yuxarı olmamalıdır.