Ölüm mələyi hamının canını alar, onlardan savayı


Digərləri 06 Sen 2018 22:05:00 375 0

Ölüm mələyi hamının canını alar, onlardan savayı

Ustad Ənsarian əxlaq dərslərinin birində İslam Peyğəmbəri (s) ilə ölüm mələyinin söhbətinə işarə etmiş və demişdir: "Həzrət Peyğəmbər (s) buyurur: "Bir mələyə çatdım və Cəbrayildən (ə) soruşdum ki, bu kimdir?". Xüsusi simaya malik idi. Xüsusi duruşu var idi. Soruşdum ki, onunla söhbət etmək olarmı?

Son.az deyerler.org-a istinadən bildirir ki, Cəbrayil (ə) buyurdu: "Bəli, siz azadsınız".

İrəli getdim və salam verdim. Cavabımı Verdi. Dedim: "Sən kimsən?".

Dedi: "Ölüm mələyiyəm".

Dedim: "Ölüm anı mənim canımı necə alacaqsan? Can almağın keyfiyyətini mənə danış".

Dedi: "Ya Rəsulallah! Aləmdə olan qadın və kişilərin canının alınması mənim əlimlədir. Ancaq Allah mənə sənin və Əlinin (ə) canını almağa icazə verməmişdir".

Soruşdum: "Bəs mənlə Əli (ə) necə öləcəyik?".

Dedi: "Allahın özü canınızı alacaqdır"".