2 milyardı mənimsəyən Şücayət Həbibzadə


Dünya 06 Sen 2018 21:57:00 389 0

2 milyardı mənimsəyən Şücayət Həbibzadə

Rusiyanın Perm vilayətinin polisi Azərbaycan vətəndaşı Şücayət Şəmi oğlu Həbibzadənin barəsində federal axtarış elan edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Həbibzadə ƏDV maxinasiyalarında və digər cinayətlərdə, federal büdcəyə 2 milyard rubldan çox ziyan vurmaqda ittiham olunur. Onun barəsində cinayət işinin istintaqı 3 ildir ki, araşdırılırdı.

Məlumata görə 57 yaşlı azərbaycanlı 2018-ci il iyulun 23-də istintaq təcridxanasından buraxılıb və barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Lakin o, kirayə qaldığı mənzildən qolunda elektron qolbaqla birlikdə qaçıb.

2015-ci il avqustun 27-də qaldırılmış cinayət işinə əsasən Moskvada qeydə alınmış "KronaTreyd" MMC və "İnterKrays" MMc adlı şirkətlərin rəhbərliyində yer alan şəxslər ƏDV maxinasiyası yolu ilə federal büdcədən 2010-2012-ci illərdə 3.1 milyon rubl ələ keçiriblər. Daha sonra bu cinayət işi Perm gömrüyünün və polisinin apardığı başqa cinayət işi ilə birləşdirilib.