324 mənzilin birini Eldarovlar ailəsi seçib VİDEO


Digərləri 06 Sen 2018 21:31:00 280 0

324 mənzilin birini Eldarovlar ailəsi seçib  VİDEO

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin seçimi başa çatdırılıb. Satışa çıxarılan 324 mənzilin seçimi "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə aparılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mənzil seçən ailələrdən biri də paytaxtın Suraxanı rayonunda yaşayan Eldarovlar ailəsi olub. Ailə başçısı Elçin Eldarov hərbçi olduğundan ona düşən bu statusdan istifadə edərək qeydiyyatdan keçib. Mənzil seçimində isə ona qızı kömək edib.