Mobil telefonun insanın səhhətinə mənfi təsiri


Digərləri 06 Sen 2018 21:35:00 302 0

Mobil telefonun insanın səhhətinə mənfi təsiri

Telefon icad olunandan onu xərçəngin səbəbkarı kimi təqdim edirlər. Çox həkimlər, alimlər və təbii ki, telefon istehsalçıları mobil telefonun sağlamlığa ciddi zərər vurmadığını, radiasiyanın isə mif olduğunu sübut etməyə çalışdılar.

Son.az medicina.az-a istinadən bildirir ki, Environmental Health jurnalında dərc olunan bir xəstəlik faktı bu fikirləri alt-üst edir. Gənc qadında çoxfokuslu süd vəzi xərçəngi inkişaf etmişdi. Qadında digər risk faktorları yox idi. Bir faktdan başqa: o mobil telefonu büstqalterinin içinə qoymaq vərdişinə malik idi.

İki mütəxəssis Robert Naverni və Con Uest süd vəzidə yaranmış şiş nöqtələrini bir birinə vizual birləşdiriblər. Bu nöqtələr mobil telefonun formasını xatırladırdı. Məhz o nöqtələrdən şiş hüceyrələri başlamışdı.

Bu hadisə telefonun büstqalter, köynək cibi, şalvar cibi və belində gəzdirilməsinin də zərərli olmasını üzə çıxartdı.

Nəyə görə telefonu geyim üzərində daşımaq pis ideyadır?

2009-cu ildə aparılmış bir araşdırmanın nəticələri göstərdi ki, beldə telefon  gəzdirmək aşağı çanaq sümüklərini zəiflədir. Təcrübədə 150 kişinin rentgen çəkimləri araşdırılıb. Onlar sutkada 10-12 saat olmaqla 5-7 il idi ki, telefonu bel hissədə gəzdirirdilər. Rentgen göstərdi ki, telefon bağlanan hissədə sümüklərin mineral bərkliyi azalıb və sümüklər zəifləyib.

Burda nəzərə almaq lazımdır ki, telefonunuz danışmadığınız vaxtda, nə qədər ki, aktivdir periodik olaraq şüa verir. 10-12 saat bir nahiyədə telefonun saxlanması həmin nahiyəsinin fasiləsiz şüalanması deməkdir.

Bu tip digər eksperimentlər göstərdi ki, bu hal kişilərdə spermatozoidlərin sayına və keyfiyyətinə də mənfi təsir edir. Bu isə sümüklərdən daha ağrılı mövzudur.

Kişilərə bel, cib, qasıq, sinə nahiyəsində, cibində mobil telefon gəzdirməsi qadağandır. Hamilə qadınlarda qarın, sinə, bel hissədə mobil telefonun çox saxlanılması dölü riskə atır.

Uşaqlar, körpələr, yeniyetmələrin kəllə sümükləri, toxumaları hələ tam bərkimədiyindən radiasiya onlara daha tez təsir edir və daha ağır fəsadlar yaradır: beyin şişləri,limfostaz, qan xərçəngi.

Radiasiyalanmış hüceyrələr uşaq orqanizmində ikiqat sürətlə  çoxalır, bölünür, şişlər daha aqressiv olur.