Sürücülər üçün istirahət məkanları yaradılır VİDEO


Digərləri 06 Sen 2018 21:26:00 253 0

Sürücülər üçün istirahət məkanları yaradılır  VİDEO

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bilidirilib.

Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, ''Beynəlxalq Nəqliyyat Forumu'' keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istrahət etməsi üçün müəyyən yerlər yaradılacaq.

Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər.

Nuridə Allahyarova deyir ki, bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejminin müəyyən edəcək.