Keçmiş həyat yoldaşının evindən külli miqdarda pul oğurladı VİDEO


Digərləri 06 Sen 2018 21:27:00 250 0

Keçmiş həyat yoldaşının evindən külli miqdarda pul oğurladı  VİDEO

Qadının keçmiş həyat yoldaşı onun evindən 2300 manat pulunu oğurlayaraq qaçıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Bakıda yaşayan Müşkünaz Mahmudovanın başına gəlib. Zərərçəkənin sözlərinə görə, o, keçmiş həyat yoldaşı Mahmudov Yalçın Güloğlan oğludan 2006-cı ildən rəsmi olaraq ayrılıb. Ancaq ötən il onlar barışaraq bir evdə yaşamağa başlayıblar.

Avqust ayının 18-də Müşkünaz Mahmudovanın evdə olmadığından istifadə edən Yalçın Mahmudov qadının əziyyətlə topladığı pullarını oğurlayaraq evdən qaçıb.

Qadın məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verib. Çox keçməyib ki, polis əməkdaşları Yalçın Mahmudovu saxlayıb. Əməlini etiraf edən Yalçın Mahmudov oğurladığı pulların bir hissəsini geri qaytarıb. Ancaq pulların qalan hissəsini, o cəmlədən boşandıgı müddətdə uşaqların saxlanılması üçün tələb olunan alimenti də ödəməyib.

Indi zərərçəkən Müşkünaz Mahmudova aidiyyati qurumlardan sözügedən şəxsin yenidən məsuliyyətə cəlb edilməsini istəyir.