Hisə verilmiş balıqdan kütləvi zəhərlənmə baş verib VİDEO


Digərləri 06 Sen 2018 21:13:00 341 0

Hisə verilmiş balıqdan kütləvi zəhərlənmə baş verib  VİDEO

Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinə baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar.

Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.

Zəhərlənmiş 5 nəfər əvvəlcə Şabran rayonu xəstəxanasına yerləşdiriliblər. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Klinik Tibbi Mərkəzə köçürülüb.