Bazarlara təzə qoz çıxarılıb


Digərləri 06 Sen 2018 21:04:00 230 0

Bazarlara təzə qoz çıxarılıb

Bazarlara təzə qoz çıxarılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, çeşidləri qədər qiymətləri də fərqlidir. Çəkiliş zamanı alıcılardan biri deyib ki, kimə necə sərf edir, elə də satır. Amma bu bir həqiqətdir ki, yaxşı deyib alınan qozun qiyməti də xeyli yüksəkdir.

Doğrudur, nisbətən aşağı qiymətə də məhsul var. Amma hər halda ötən mövsümlərlə müqayisədə qozun qiyməti xeyli qalxıb.

Satıcıların sözlərinə görə, qozun qiymətindəki fərqin əsas səbəbi hansı bölgədə yetişdirilməsidir. Bu, birbaşa məhsulun keyfiyyətinə də təsir edir. Qiymət fərqi qozun növündən də asılıdır.