Gədəbəy sakini hektara 80 ton kartof əldə edib kartofun birinin


Digərləri 06 Sen 2018 21:09:00 275 0

Gədəbəy sakini hektara 80 ton kartof əldə edib  kartofun birinin

Gədəbəy sakini dəmyə ərazidə becərdiyi kartofun məhsuldarlığında yüksək nəticə əldə edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, o, hektarlarla sahədən gözlədiyindən iki dəfə çox məhsul götürüb. Ən böyük kartofun birinin çəkisi isə 1 kiloqram 480 qramdır. Hektara 75-80 ton məhsul götürən Gədəbəy rayonunun Novoivanovka kənd sakini Həmid Hacıyev dəmyə ərazidə 15 hektardan çox əraziyə 34 növ kartof əkib. Yığdığı məhsul isə gözləniləndən dəfələrlə çox olub. Cəmi iki ildir kartof əkini ilə məşğul olan 53 yaşlı təsərüffat sahibi bu cür məhsuldarlığı torpağa və kartofun becərimləsində düzgün aqrotexniki qulluqla əlaqələndirir.

Toxum seçimi də mütləq şəkildə düzgün seçilməlidir. Təsərrüfat sahibi hesab edir ki, hər bir fermer torpağa düzgün qulluq edərsə bir hektara xərcindən əlavə 10 min manat qazanc əldə edə bilər.