6 nəfəri qaraqurd, 8 nəfəri isə əqrəb sancıb


Digərləri 06 Sen 2018 20:12:00 274 0

6 nəfəri qaraqurd, 8 nəfəri isə əqrəb sancıb

Azərbaycanda avqust ayında 6 nəfər qaraqurd, 8 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

Son.az xəbər verir ki, bunu Trend-ə Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.

A.Maqsudov qeyd edib ki, avqust ayında 14 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.

Onun sözlərinə görə, avqustda 11 nəfər dərman zəhərlənməsi, 9 nəfər dərmanın allergik reaksiyasl, 3 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alıb.