Goranboyda tunc dövrünə aid yaşayış yeri aşkarlanıb


Digərləri 06 Sen 2018 20:03:00 224 0

Goranboyda tunc dövrünə aid yaşayış yeri aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən rayonun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən rayonun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb. Trend-in məlumatına görə, institutun aparıcı elmi işçisi, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov bildirib ki, tunc dövrünə aid olan yaşayış yerinin üzərində antik və orta əsrlərin maddi-mədəniyyət nümunələrinə rast gəlinir. Tapıntı Şəfəq kəndindən 500-600 metr şimal-qərbdə, qədim dərə yatağının sol sahilindədir. Hündür-konusvari formalı təpədən ibarət olan yaşayış yeri iki hektardan artıq ərazini əhatə edir.