Saytlara girişdə problem yarana bilər


Digərləri 06 Sen 2018 19:56:00 249 0

Saytlara girişdə problem yarana bilər

Oktyabrın 11-də dünyada internet istifadəçiləri şəbəkəyə giriş problemi ilə üzləşə bilərlər.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiya (ICANN) məlumat verib.

Həmin gün tarixdə ilk dəfə olaraq domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Yeniləmədən sonra 48 saat ərzində bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Sistem "server failure" və ya "SERVFAIL" səhvini göstərə bilər.