İstanbulda özəl helikopter qəzaya uğradı


Dünya 06 Sen 2018 19:12:00 270 0

İstanbulda özəl helikopter qəzaya uğradı

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunun Bostancı sahilində helikopter qəzaya uğrayıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, göyərtədə olan 2 nəfər ətrafdakı insanların yardımı ilə sudan çıxarılıb.

İstanbul valiliyinin yaydığı məlumatda, helikopterin vətəndaşa məxsus olduğu və sözügedən 2 şəxsin yüngül yaralandığı bildirilib.