Bazarlarda aparılan müşahidələr:


Digərləri 06 Sen 2018 19:04:00 285 0

Bazarlarda aparılan müşahidələr:

Nazirlər Kabinetinin xaricdən kartof idxalına tətbiq olunan gömrük tarif dərəcələrini iki dəfə artırması bazarlarda kartofun qiymətinə mənfi təsir göstərməyib. Paytaxt bazarlarında apardığımız müşahidələr göstərir ki, kartofun topdan və pərakəndə satış qiymətləri əvvəlki günlərlə müqayisədə dəyişməyib. 

Son.az oxu.az-a istinadən bildirir ki, bəzi bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Kartofun ən ucuz qiyməti "8-ci kilometr bazarı" adı ilə tanınan bazardadır. Burada Tovuz, Qazax və Gədəbəydən gətirilmiş kartofun bir kisəsi (54-55 kiloqram) 26-27 manata satılır. 

Pərakəndə satış qiyməti kartofun keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir. "8-ci kilometr bazarı"nda kiçik ölçülü kartof 40 qəpiyə, orta və böyük ölçülü kartof isə 50-60 qəpiyə satılır. Müşahidələr zamanı diqqəti üç məqam cəlb edir. 

Birincisi, satışda xaricdən idxal olunmuş kartof, demək olar ki, yoxdur və ya azdır, ikincisi, bazarda bolluqdur, üçüncüsü, alıcı problemi yoxdur.

Keşlə bazarında, "Yaşıl bazar"da və "Təzə bazar"da kartofun qiyməti 70-90 qəpik arasında dəyişir. Satıcılar bu bazarlarda həftəiçi alıcı sayının az olduğunu, yalnız həftəsonları satış həcminin artdığını deyirlər. 

Əsas kənd təsərrüfatı məhsullarının qiyməti də elə şənbə və bazar günləri formalaşır. Alıcılar bu bazarlarda qiymətlərin yay mövsümündə sabit qaldığını bildirir, satış yerlərinin az olması səbəbindən qiymətlərin formalaşmasında tələb-təklif qanunu deyil, insan amili əsas rol oynayır. Elə buna görə də bu bazarlarda əsas satış həftəsonuna təsadüf edir.

Paytaxt bazarlarında kartofun müqayisəli qiyməti

Bazar / Kartofun gətirildiyi region

Gədəbəy

Tovuz

Qazax

Cəlilabad

"8-ci kilometr"

40-60 qəpik

40-55 qəpik

40-55 qəpik

40-50 qəpik

"Keşlə bazarı"