Rusiya Böyük Britaniyanın ittihamlarına cavab verdi


Dünya 06 Sen 2018 18:36:00 268 0

Rusiya Böyük Britaniyanın ittihamlarına cavab verdi

Rusiya Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsdlə bağlı Böyük Britaniyanın ittihamlarını yolverilməz hesab edir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Ötən gün Böyük Britaniyanın baş naziri Tereza Mey bu məsələdə Rusiya rəhbərliyinin əlinin olduğunu ehtimal edib. Biz bir daha bəyan edirik ki, Rusiyanın istər ali rəhbərliyinin, istər daha aşağı səviyyəli rəhbərlərinin, yaxud hər hansı rəsmi nümayəndələrinin Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində günahı yoxdur. Bu barədə söhbət belə gedə bilməz, bu yöndə hər hansı ehtimallar və ya ittihamlar yolverilməzdir" - deyə D.Peskov vurğulayıb.