Ətraf mühiti çirkləndirənlər 30 min manata yaxın cərimə ödəyib


Digərləri 06 Sen 2018 18:24:00 305 0

Ətraf mühiti çirkləndirənlər 30 min manata yaxın cərimə ödəyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 241 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 60 müddətli "məcburi göstəriş" verilib.