Lənkəranda gənci qayınatası bıçaqladı


Digərləri 06 Sen 2018 18:20:00 232 0

Lənkəranda gənci qayınatası bıçaqladı

Lənkəran şəhərində gənc qayınatası tərəfindən bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.