Yaponiya - Çili oyunu təxirə salınıb


İdman 06 Sen 2018 18:19:00 271 0

Yaponiya - Çili oyunu təxirə salınıb

Futbol üzrə Yaponiya və Çili yığmaları arasında keçirilməsi nəzərdə tutulan yoxlama oyunu təxirə salınıb. Goal.az xəbər verir ki, matçın təxirə salınmasına Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ səbəb olub. 6,7 bal gücündəki zəlzələ nəticəsində ölən və yaralananlar var. Hadisə nəticəsində adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb. Məhz ölkədə yaranan problemlər səbəbindən və azarkeşlərin təhlükəsizliyi nəzərə alınaraq, Çili ilə matçın təxirə salınması qərara alınıb. Yaponiya – Çili matçının sabah keçirilməsi nəzərdə tutulmuşdu.