Benfica ciddi cəza ilə üz-üzə


İdman 06 Sen 2018 17:49:00 280 0

Benfica ciddi cəza ilə üz-üzə

Benfica klubu korrupsiyaya görə cəzalandırıla bilər. Goal.az xəbər verir ki, Lissabon təmsilçisi korrupsiya, dezinformasiya, o cümlədən, 30 qanun pozuntusu törətməkdə ittiham olunur. Portuqaliya klubu günahkar sayılacağı təqdirdə, avrokuboklar da daxil olmaqla, bütün turnirlərdən 3 il müddətinə kənarlaşdırılmaqla təhdid edilir. İstintaqın bir neçə il çəkəcəyi gözlənilir.

Benfica Portuqaliya çempionatında 4 turdan sonra 10 xalla birinci pillədə qərarlaşıb. Lakin 2-ci sıradakı Braga və 3-ü yerdəki Sporting də eyni xala malikdir.