Prezident: "Xorvatiya Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştirak etmək istəyir"


Siyasət 06 Sen 2018 17:14:00 79 0

Prezident: "Xorvatiya Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştirak etmək istəyir"

"Xorvatiya Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştirak etmək istəyir".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

K.Qrabar-Kitaroviç qeyd edib: "Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcəkdir".

Prezident vurğulayıb ki, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək:

"Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək".

Azərbaycan məhsullarının Çinə ixracı genişlənir like
  • 06 Sen 17:12  
Digərləri Azərbaycan məhsullarının Çinə ixracı genişlənir

Azərbaycan məhsullarının Çinə ixracı genişlənir.

arrow Ətraflı
Amil Yunanov: "Keşlə"yə daha yaxşısını etmək üçün keçmişəm" - MÜSAHİBƏ like
  • 06 Sen 17:12  
İdman Amil Yunanov: "Keşlə"yə daha yaxşısını etmək üçün keçmişəm" - MÜSAHİBƏ

Keşlə-nin hücumçusu Amil Yunanov Qol.az-ın suallarını cavavblan

arrow Ətraflı
Ərdoğan Azərbaycana səfər edəcək like
  • 06 Sen 17:11  
Digərləri Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayının ortalarında

arrow Ətraflı
Sentyabrın 7-nə manatın məzənnəsi like
  • 06 Sen 17:11  
Digərləri Sentyabrın 7-nə manatın məzənnəsi

Sentyabrın 7-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirildi like
  • 06 Sen 17:08  
Kriminal Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirildi

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə di

arrow Ətraflı
Cem Yılmazı məhkəməyə verdilər like
  • 06 Sen 16:56  
Digərləri Cem Yılmazı məhkəməyə verdilər

Aktyor Cem Yılmaz Orxan Kural adlı həkim haqda sosial media hesabında payla

arrow Ətraflı
Prezident İlham Əliyev: "Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır" like
  • 06 Sen 16:54  
Siyasət Prezident İlham Əliyev: "Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır"

Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.

arrow Ətraflı
Prezident İlham Əliyev: Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır like
  • 06 Sen 16:53  
Digərləri Prezident İlham Əliyev: Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır

Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.

arrow Ətraflı
Merkel Suriya məsələsini like
  • 06 Sen 16:52  
Dünya Merkel Suriya məsələsini

Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Ru

arrow Ətraflı