Amil Yunanov: "Keşlə"yə daha yaxşısını etmək üçün keçmişəm" - MÜSAHİBƏ


İdman 06 Sen 2018 17:12:00 270 0

Amil Yunanov: "Keşlə"yə daha yaxşısını etmək üçün keçmişəm" - MÜSAHİBƏ

Keşlə-nin hücumçusu Amil Yunanov Qol.az-ın suallarını cavavblandırıb. Goal.az həmin müsahibəni təqdim edir.

- "Keşlə" 3 tura cəmi 1 xal qazanıb. Komanda mövsümə niyə belə uğursuz başlayıb?

- Əslində komandada hər şey qaydasındadır. Hər oyuna ciddi hazırlaşırıq. Sadəcə, futbolda belə şeylər olur. Komandada yeni futbolçular, yeni baş məşqçi var. Bir az zaman lazımdır. Qarşıda fasilə var. İnanıram ki, bundan maksimum yararlanıb vəziyyəti düzəltmək olar.

- Hazırkı vəziyyətindən necə, razısan?

- Əlbətə ki, indiki durumda özümdən, öz çıxışımdan narazıyam. Çünki əvvəlki kimi oynamıram. Düşünürəm ki, vaxt keçdikcə hər şey istədiyim kimi olacaq. 3-4 il "Sumqayıt"ın formasını geyinmişəm. Məncə, hazırda əsas problemim uyğunlaşma ilə bağlıdır. Ancaq mən "Keşlə"yə irəli getmək üçün gəlmişəm. Geriyə baxmıram.

- "Keşlə"yə keçəndən sonra əvvəlki Amili görmürük. Premyer Liqanın ilk 3 turunun heç birində 90 dəqiqə oynanamısan və qol vura bilməmisən. Bu azmış kimi, milli komandadan da kənarda qaldın. Belədə bu "Keşlə"yə keçidini geriyə addım kimi qiymətləndirmək olarmı?

- Xeyr, mən belə düşünmürəm. Hər futbolçunun başına belə uğursuzluqlar gələ bilər. Əsas odur ki, özün ayağa dura biləsən. Milliyə çağırılmamaq öz günahımdır. Düzdür, "Sumqayıt"da daim oynayırdım, qollar vururdum. Amma "Keşlə"yə daha yaxşısını etmək üçün keçmişəm. Ümid edirəm ki, hər şey qaydasına düşəcək.

- Baş məşqçi Mladen Milinkoviçlə münasibətlərin necədir?

- Hər şey yaxşıdır. Heç bir narazılığım yoxdur.

- 2 gün öncə komandanın aparıcı müdafiəçilərindən Adrian Skarlatake "Zirə"yə keçdi. Onun gedişini necə qarşıladın?

- Hər futbolçunun öz fikri var. Ona harada, necə rahatdırsa, elə də etməlidir. Skarlatakeyə yeni komandasında uğurlar arzu edirəm.

- "Keşlə"nin müdafiə xəttində onsuz da çatışmazlıq hiss olunurdu. Səncə, onun gedişindən sonra müdafiədəki problemlər daha da artmayacaq?

- Əlbəttə, Skarlatake bizim üçün önəmli futbolçu idi. Qalmasını istərdim. Yoxluğu hiss olunacaq. Amma dediyim kimi, bu, oyunçunun öz qərarıdır. Hörmətlə yanaşmaq lazımdır.

- Milli komandamız sabah UEFA Millətlər Liqasında mübarizəyə başlayır. İlk rəqib Kosovodur. Ardınca isə səfərdə Malta ilə üz-üzə gələcəyik. Bu iki oyun haqda nə düşünürsən?

- Fürsətdən istifadə edib, əvvəlcə millimizə uğurlar arzu edirəm. Arzum budur ki, hər iki oyundan maksimum xal götürsünlər. Məncə, Kosovonu udsalar, Malta səfərinə daha rahat yollanacaqlar.