Kolinda QrabarKitaroviç: "Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq"


Siyasət 06 Sen 2018 17:03:00 92 0

Kolinda QrabarKitaroviç: "Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq"

"Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

K.Qrabar-Kitaroviç qeyd edib: "Xanımlar və cənablar. Sizin hamınızı, xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun nümayəndə heyətini Xorvatiya Respublikasında səmimi qəlbdən salamlayıram. Cənab Prezident, ümidvaram ki, Siz özünüzü burada öz evinizdəki kimi rahat hiss edirsiniz. Bu gün Sizin səfəriniz başlayıb və apardığımız danışıqlar bu axşam da davam edəcəkdir. Əminəm ki, Sizin səfəriniz həm xoş, həm də məhsuldar olacaqdır. Beləliklə, Sizə və nümayəndə heyətinizə səmimi qəlbdən "Xoş gəlmisiniz!" deyirəm. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etmək istərdim.

Xorvatiyaya Sizin 2013-cü ildəki rəsmi səfərinizdən sonra və mənim 2016-cı ilin oktyabrında Azərbaycana rəsmi səfərimdən etibarən, - mən bu səfəri çox yaxşı xatırlayıram, - biz dost ölkələrimiz arasında bir çox birgə işlər görmüşük. Xorvatiya Azərbaycanı strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında özünün mühüm strateji tərəfdaşı hesab edir. Bu Bəyannamə iki ölkə arasında 2013-cü ildə Zaqrebdə Sizin rəsmi səfəriniz çərçivəsində imzalanmışdır. Biz bu gün əməkdaşlığımızın bir sıra sahələrində mövcud olan böyük potensial haqqında danışdıq. Biz, həmçinin siyasi məsələlər üzrə fikir mübadiləsi apardıq, o cümlədən enerji, iqtisadiyyat, mədəniyyət, elm-texnologiya, təhsil və əlbəttə ki, xalqlarımız arasında birbaşa təmasların inkişafı haqqında danışdıq. Mən bu gün imzalanmış sənədləri vacib hesab edirəm, alqışlayıram və bu, bizim ikitərəfli münasibətlərimizə təkan verəcək".

Prezident bildirib ki, Azərbaycan və Xorvatiya əsl dostlardır: "Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər.

Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcəkdir".

Dövlət başçısı deyib ki, eyni zamanda, gəmiqayırma sahəsində də vacib işlər var: "Bizim 6 gəmi ilə bağlı müzakirələrimiz oldu. Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcəkdir və Azərbaycan ilə biznes potensialını tam şəkildə istifadə edə biləcəyik. Həmçinin biz kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edirik".

K.Qrabar-Kitaroviç vurğulayıb ki, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək: "Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək.

O ki qaldı Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyibdir. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaqdır. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir.

Mən, eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət, xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz, həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm.

Sonda bildirmək istəyirəm ki, bu yaxınlarda biz qərar qəbul etdik. Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır. Lakin mən qərar qəbul etdim ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın. Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm.

Cənab Prezident, Sizi Xorvatiyada bir daha səmimi qəlbdən salamlayırıq və ümidvaram ki, səfəriniz xoş keçəcəkdir".

Cem Yılmazı məhkəməyə verdilər like
  • 06 Sen 16:56  
Digərləri Cem Yılmazı məhkəməyə verdilər

Aktyor Cem Yılmaz Orxan Kural adlı həkim haqda sosial media hesabında payla

arrow Ətraflı
Merkel Suriya məsələsini like
  • 06 Sen 16:52  
Dünya Merkel Suriya məsələsini

Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Ru

arrow Ətraflı
Qarabağ-ı sentyabrda çətin oyun qrafiki gözləyir like
  • 06 Sen 16:47  
İdman Qarabağ-ı sentyabrda çətin oyun qrafiki gözləyir

Qarabağ klubunu UEFA Millətlər Liqası ilə əlaqədar yaranan fasilədən so

arrow Ətraflı
Müğənni Xədicənin canlı yayımda sinəsi açıldı: like
  • 06 Sen 16:40  
Dünya Müğənni Xədicənin canlı yayımda sinəsi açıldı:

Paylaşdığı bikinili fotoları ilə gündəm olan müğənni Xədicə (Hatice

arrow Ətraflı
Salyan sakinindən silah götürülüb like
  • 06 Sen 16:39  
Digərləri Salyan sakinindən silah götürülüb

Salyan rayon sakini M.Tağıyevin evindən ov tüfəngi aşkar edilərək götü

arrow Ətraflı
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək like
  • 06 Sen 16:36  
Digərləri Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avr

arrow Ətraflı
Əsgər getməyən şəxslə ailə qurarsınızmı? like
  • 06 Sen 16:32  
Digərləri Əsgər getməyən şəxslə ailə qurarsınızmı?

Azərbaycanda hərbi xidmətdə olmayan gənclərə münasibət birmənalı deyi

arrow Ətraflı
Azərbaycan məhsullarının Çinə ixracı genişlənir like
  • 06 Sen 16:31  
Digərləri Azərbaycan məhsullarının Çinə ixracı genişlənir

Azərbaycan məhsullarının Çinə ixracına dair danışıqlar aparılıb.

arrow Ətraflı