DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan imtina edən uşaqlar


Digərləri 06 Sen 2018 16:48:00 258 0

DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan imtina edən uşaqlar

"Oyuncaq istəmirəm, "Youtube" istəyirəm"

Nəzərə alsaq ki, internetin inkişaf etdiyi dövrdə yaşayırıq, azyaşlıların da bu rəngarəng dünyaya - internetə marağı böyükdür.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, internetin maraqlı olduğu qədər neqativ təsirləri də var.

"Bu oyuncaqlarla oynamaq istəmirəm, "Youtube" istəyirəm".

Ayan 5 yaşındadır. Valideynlərinin etirazına baxmayaraq vaxtını daha çox internetdə keçirir. İzlədiyi videolar isə əvvəlki dövrlərdə uşaqların baxdıqlarından fərqlidir.

"İnternet yoxsa oyuncaqlar?" sualına internet deyə cavab verən balaca Ayan cizgi filmlərinə marağı olmadığını deyir.

Psixoloqlar bildirirlər ki, internet uşaqlara kompüter, planşet, mobil telefon və digər cihazlar vasitəsilə təqdim olunduğu üçün daha çox maraq çəkir. İnternetdən normadan artıq istifadə beyini yorur, daxili gərginliyi artırır, diqqəti yayındırır və uşaqların ünsiyyət qurmalarında ciddi problemlərə yol açır.


Xəbərə aid fotolar