Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək


Digərləri 06 Sen 2018 16:28:00 312 0

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur dəyişiklikləri çərçivəsində Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamenti yaradılıb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, yeni yaradılmış departament elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. Departamentin tərkibində Vergi ödəyicilərinə məsafədən xidmət şöbəsi, İnformasiya təhlükəsizliyi şöbəsi və İnformasiya texnologiyaları şöbəsi yaradılıb.

Vergi hesabatlarını vergi orqanları hazırlayacaq

Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir. Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır. Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır.

E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır

Vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.

E-audit - şəffaf yoxlama metodu